“Nida”çılar Fəxri Xiyabana aparılır
Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev 18 oktyabr – Müstəqillik günü ilə əlaqədar olaraq 86 məhbusun əfv olunmasına dair sərəncam imzalayıb.
Bu gün əfv sərəncamı icra edilib. Əfv olunanlar arasında “Nida” vətəndaş hərəkatının üzvü olan Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsevər Mürsəlli də var.
Bu gün onlar Şüvəlandakı saylı cəzaçəkmə müəssisəsində təşkil edilmiş tədbirdən sonra azadlığa buraxılıblar.
Adları çəkilən gənclər, eləcə də azadlığa çıxan digər keçmiş məhbuslar cəzaçəkmə müəssisənin bayırında qohum-əqrəbaları və yaxınları tərəfindən qarşılanıblar.
Əməkdaşımız öyrənib ki, azad olunanları Fəxri Xiyabana, Heydər Əliyevin məzarını ziyarət etməyə aparacaqlar. (musavat.com)