“TikTok”a baxanda adam utanır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal “Xəbərin var” verilişində deyib.
Sənətçi “TikTok”la bağlı tənqidi fikirlər səsləndirib:
“TikTok”u heç vaxt sevmirəm və sevməmişəm də… İndiyə qədər orada canlı yayım da açmamışam. Sual verirsən ki, bunlar niyə belə edirlər? Deyirlər, savadlı, maraqlı “tiktoker”lər olsaydı, onlara baxardıq. Mənə də maraqlıdır ki, yeni bir şey öyrənim. İnsanlar orada bir-birini söyür, təhqir edir. Amma baxırsan, neçə min rəy, hədiyyələr gəlir”.
Nehru
www.yenicag.az