Günel Zeynalova özündən çıxdı: "Axmaq yığını, feyk adlarınızı ifşa edəcəyəm!"
“Azəri qızı” kimi tanınan müğənni Günel Zeynalova sosial şəbəkədə ona mənfi rəylər yazan izləyicilərinə sərt reaksiya göstərib.
Yenicag.az xəbər verir ki, sənətçi onu tənqid edənləri “axmaq yığını” adlandıraraq hədələyib:
“Sözüm sizədir, feyk adlarınızı ifşa edəcəyəm. Tək mənə yox, başqalarına da ağzınıza gələni yazmamağı öyrənəcəksiniz. Gedin, öz işinizlə, öz həyatınızla məşğul olun və qəlbinizi təmizləyin”.

Daha sonra müğənni onu dəstəkləyən izləyicilərinə səslənərək bunları qeyd edib:
“Haydi, indi məni sevənlər versin sizin cavabınızı. Axmaq yığını…”
Nehru













