Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

NIKOIL | Bank xeyriyyə missiyasını davam etdirir - FOTO

Yarandığı gündən NIKOIL | Bank həmişə öz korporativ sosial məsuliyyəti ilə fərqlənmişdir və bu gün xeyirxahlıq missiyasını «Mərhəməti qəlblərdə yaşadaq» şüarı altında davam etdirir.

Bankdan Yenicag.az-a verilən məlumata görə, müqəddəs Qurban bayramı ilə əlaqədar NIKOIL | Bank Qarabağ müharibəsi əlillərinə, veteranlara, qaçqınlara, məcburi köçkünlərə, az təminatlı və şəhid ailələrinə bayram sovqatının paylanılması ilə bağlı ənənəvi xeyriyyə aksiyasını keçirib. Qurban bayramı ərəfəsində NIKOIL | Bank öz diqqəti ilə yüzdən çox ailəni sevindirə bildi.

NIKOIL | Bank Müqəddəs Qurban bayramı münasibəti ilə dünyanın bütün müsəlmanlarını ürəkdən təbrik edir və öz «Mərhəməti qəlblərdə yaşadaq» şüarı altında şəfqətə və xeyirxahlığa çağırır.

NIKOIL | Bank – Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

www.yenicag.az

1955
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS