2017-ci ilin aprel ayından başlayaraq NIKOIL | Bank ali məktəbi yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadların cəlb edilməsi üçün təcrübə proqramının həyata keçirilməsinə başladı. Bu dövr ərzində təcrübə proqramını 58 nəfər uğurla keçmiş, onlardan 26-ı artıq daimi işlə təmin olunmuşdu.
NIKOIL | Bankəhaliyə verilən ipoteka kreditlərinin sayına görə bank bazarının liderlərindən biridir. Bank 2006-cı ildən etibarən Azərbaycan İpoteka Fondu ilə sıx əməkdaşlıq edərək ipoteka kreditlərinin verilməsi üzrə fəaliyyətini davam etdirir.