Nişanlı oğlan kanalda boğuldu

media-hightechnic-468x90

790945Bakı sakini kanalda batıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 19-da Ağdaş rayonunun Kükəl kəndinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini Fuad Rəsulov Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

***

Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib.

Hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib. Onun meyitini sudan tapıb çıxarmaq hələ ki, mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600