Nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimə

media-hightechnic-468x90

Nisyə mal alqı-satqısı ilə məşğul olanlara yeni cərimə müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə olunan dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 min manatadək məbləğdə, hüquqi şəxslər 10 00 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600