Niva 50 yaşınadək avtomat ötürücüsüz istehsal ediləcək

media-hightechnic-468x90

2027-ci ildə Niva avtomobilinin istehsala başlamasının 50 ili tamam olacaq. 

Yenicag.az-ın xəbərinə görə, Avtovaz şirkəti bu modeli 50 illiyi münasibəti ilə restaylinq edəcək. Avtomobilin mühərriki yenilənəcək, dizayna da cüzi əl gəzdiriləcək. İstehsal 2027-ci ildən sonra da davam edəcək.

Ehtimal olunur ki, avtomobilə Vesta modelinin 1,6 litrlik 106 at gücündə mühərriki quraşdırılacaq. Avtomat ötürmə isə istisna edilir.

Bu ilin iyununda Rusiyada 3 135 ədəd Niva satılıb. Müasir standartlara uyğun olmasa belə, ucuz qiymət və aşağı istismar xərcinə görə avtomobilə tələbat yüksəkdir.

İstehsalına 1977-ci ildə başlanan modelin kostruksiyasında yarım əsrdə çox da ciddi dəyişiklik aparılmayıb./avtosfer.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa