!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Bill Klintonla görüşüb

!Reklam – Yazi

unnamed (6)Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının və dünyanın nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir. Təşkilatın rəhbərliyi səfər çərçivəsində Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Bill Klinton, BMT Baş Katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, Avropa İttifaqının vitse-prezidenti Kristalina Georgiyeva, Avropa İttifaqının sabiq Prezidenti Xose Manuel Barrozo ilə görüşlər keçirib.

Hər bir görüşdə NGBM-in nümayəndələri təşkilatın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və hökumətlər, Mərkəzin həyata keçirdiyi layihələrin məqsədi və əhəmiyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Müzakirələr zamanı 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumu, Forumun gündəliyində duran aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün bu tədbirin yaxşı imkan yaratdığı bildirilib. Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Qeyd edək ki, NGBM-in Nyu-Yorka səfər edən nümayəndə heyətinin tərkibinə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov daxildir.

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv