NK-dan mədəni və yaradıcı sənaye ilə bağlı qərar
Nazirlər Kabineti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), məhsul və xidmətlərin siyahısını, eləcə də xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısını təsdiq edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, siyahılar üzrə müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlil olunması və iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirsinlər.