Nobel komitəsindən Ərdoğana cavab
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatları ilə əlaqədar sözlərinə Norveç Nobel Komitəsindən cavab gəlib.
Nobel Komitəsi Mətbuat Müşavirliyi Nobel Sülh Mükafatına layiq görülənləri seçən komitənin özünə xas meyarlarının olduğunu vurğulayıb. Komitənin mətbuat xidmətindən verilən açıqlamada deyilir: “Qəbul olunan qərarlarla bağlı irəli sürülən şəxsi fikirlərə cavab vermirik”.
Qeyd edək ki, Türkiyədə Prezidentin Mədəniyyət və İncəsənət Mükafatlandırılması mərasimində çıxışı zamanı Ərdoğan Nobelin qəbul etdiyi qərarlarda obyektivlik olmadığını bildirib.
(deyerler.org)