2024-cü il Sülh üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb.
Yenicag.az xəbər verir ki, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan bombalardan sağ çıxanlar tərəfindən qurulan və nüvə silahsızlaşdırma səyləri ilə diqqət çəkən Nihon Hidankyo bu mükafatı qazanıb. Xatırladaq ki, Cənubi Koreyalı yazıçı Han Kanq 2024-cü il ədəbiyyat üzrə Nobel mükafatını qazanıb.
Han Kanq “tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsri”nə görə mükafatlandırılıb. David Baker, Demis Hassabis və Con Jumper zülallar üzərində innovativ işlərinə görə 2024-cü il kimya üzrə Nobel Mükafatını alıblar. 2024-cü il fizika üzrə Nobel mükafatı “süni neyron şəbəkələri ilə maşın öyrənməsini təmin edən işlər”ə görə amerikalı Con Hopfild və Britaniya-Kanada vətəndaşı Geoffrey Hintona verilib.
Nəsimi Ələsgərli
www.yenicag.az