!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Norveç rusların ölkəyə girişini məhdudlaşdırdı

!Reklam – Yazi

Norveç turizm məqsədi ilə gələn Rusiya vətəndaşları üçün əlavə giriş məhdudiyyətləri tətbiq edir.

Yenicag.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minir.

Sənəddə bildirilir ki, Norveçə turizm və digər qeyri-vacib məqsədlər üçün gələn rusların sərhədi keçərkən krallığa girişi qadağan ediləcək.

Qaydaların sərtləşdirilməsi başqa ölkədən Şengen vizası almış şəxslərə də aiddir.

Eyni zamanda, Norveç krallıqda yaşayan yaxın qohumlarını görmək istəyən, habelə Norveçə və ya digər Şengen ölkələrinə işləmək və ya təhsil almaq üçün gələn Rusiya vətəndaşlarını öz ərazisinə buraxa bilər./unikal

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv