Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Növbədənkənar prezident seçkiləri: YAP-dan və müxalifətdən ilkin reaksiyalar

Reklam: Sinerji Pro

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Yenicag.az xəbər verir ki, dövlət başçısının bu qərarı iqtidar və müxalifət düşərgələrində fərqli reaksiyalar doğurub.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı ilk dəfə ötən ilin payızında dövriyyəyə buraxılmışdı.

Bu barədə təkliflə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc növbədənkənar seçkilərin keçirilməsi üçün ən münasib zaman olaraq, 2018-ci ilin mart ayını göstərmişdi.

O zaman Orucun bu təklifi geniş müzakirələrə səbəb oldu və əslində, bu təşəbbüsün hakimiyyətin üst qatından qaynaqlandığı bildirildi.

Maraqlıdır ki, müxalif siyasətçilər növbədənkənar prezident seçkiləri ehtimalını ciddi qiymətləndirsələr də, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri seçkilərin nəzərdə tutulduğu vaxtda – yəni bu ilin oktyabrında baş tutacağını iddia edirdilər.

Ancaq bir neçə gün əvvəl baş nazirin müavini və YAP-ın icra katibi Əli Əhmədovun prezident İlham Əliyevi partiyanın namizədi olaraq elan etməsi bu məsələni yenidən gündəmə gətirdi. Ə. Əhmədovun bu bəyanatı həm də hakimiyyətin namizədi ilə bağlı məsələyə böyük mənada aydınlıq bəxş etdi.

Təbii, prezidentin növbədənkənar seçki elan etməsinin tutarlı səbəbləri var və onlar əsasən, xarici faktorlardan qaynaqlanır. Yəni ölkədəki vəziyyət və Azərbaycan hakimiyyətinin daxili vəziyyəti növbədənkənar seçkilərə yönəlik ciddi zərurət doğurmurdu.

Lakin Azərbaycanın yerləşdiyi coğrafiyada cərəyan edən çox ciddi və həssas proseslər növbədənkənar prezident seçkilərinin keçirilməsini aktuallaşdırıb və bununla bağlı qərarın qəbulunu sürətləndirib.

Maraqlıdır ki, ölkənin siyasi qüvvələri də ölkədə növbədənkənar prezident seçkilərinin təyin olunmasına təmkinlə yanaşırlar.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yenicag.az-a açıqlamasında növbədənkənar prezident seçkilərinin elan edilməsinin gözlənilməz olmadığını deyib:

“Azərbaycanda prezident seçkilərinin nəzərdə tutulan vaxtda – yəni oktyabrda deyil, daha erkən keçirilmə ehtimalının yüksək olduğunu daha əvvəl də bildirmişdim. O baxımdan, növbədənkənar seçkilərin elan edilməsi gözlənilməz olmadı.

Ötən açıqlamalarımda da qeyd etmişdim ki, Azərbaycanda növbədənkənar seçkiləri şərtləndirən əsas amil bu ilin martında Rusiyada prezident seçkilərinin keçirilməsidir.

Fikrimcə, hakimiyyət bu zaman aralığını düzgün qiymətləndirərək, bizdə növbədənkənar seçkilərin apreldə keçirilməsinə qərar verib.

Yəni Azərbaycanda seçkilərin startı Rusiyada seçki kampaniyasının qızğın vaxtına düşəcək və Kremlin buradakı proseslərə diqqətini müəyyən qədər yayındıracaq. Bu mənada seçkilərin təyin olunduğu tarixin düzgün seçildiyini deyə bilərik”.

YAP Siyasi Şurasının üzvü, parlamentin deputatı Aydın Mirzəzadə isə növbədənkənar prezident seçkilərinin elan olunmasını 2018-ci ildə dövlət səviyyəsində keçiriləcək tədbirlərin sıxlığı ilə əlaqələndirib:

“Prezidentin Konstitusiyanın ona verdiyi səlahiyyətə uyğun olaraq, ölkədə növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul etməsi ilk növbədə 2018-ci ildə dövlət səviyyəsində çox sayda tədbirlərin planlaşdırılması ilə əlaqədardır.

Bildiyiniz kimi, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının, Cümhuriyyət parlamentinin fəaliyyətə başlamasının, Silahlı Qüvvələrin və Dövlət bayrağının 100 illik yubileyləri qeyd olunacaq.

Bütün bu tədbirlər əlbəttə ki, ciddi diqqət və geniş fəaliyyət tələb edir. O baxımdan, prezident seçkilərinin bir qədər erkən keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcək”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə o fikirdədir ki, müxalifətin növbədənkənar prezident seçkilərinə hazırlıq işlərini normal qaydada aparması çətin olacaq:

“Bu məsələ artıq xeyli vaxt idi ki, müzakirə olunduğu üçün növbədənkənar seçkilərin elan edilməsi təəccüblü deyil. Yəni bu qərar gözlənilən idi.

Əslində, növbədənkənar Prezident seçkilərinin keçirilməsi 2016-cı ildə keçirilən Konstitusiya referendumundan sonra aktuallaşmışdı. O baxımdan, bu qərarın gecikmiş olduğunu da deyə bilərik.

Təbii ki, zaman məsələsi mühüm amildir. Hakimiyyətin bu mənada problemi olmasa da, müxalifətin seçkilərə hazırlaşması çox çətin olacaq”.

A. Zeynalov

www.yenicag.az

2282
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM