Növbəti baharda müjdələnəcək QƏLƏBƏ: “Vəd olunan silahlar bizə vaxtında çatdırılsa...” – General SÖZÜ

media-hightechnic-468x90

“Bir qarış torpağımızı belə düşmən əlində saxlasaq, o, bir müddətdən sonra yenə üstümüzə gələcək”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri müharibənin başa çatıdırlmasının mümkün tarixi haqda danışan Ukrayna ordusunun generalı Dmitri Marçenko deyib.

Generalın sözlərinə görə, bu gün işğalçıları geri oturtmamaq ağır missiyanı uşaqların öhdəsinə buraxmaq deməkdir:

“Vəd olunan silahlar bizə vaxtında və tam həcmdə çatdırılsa, o zaman gələn ilin baharında müharibəni qələbə ilə yekunlaşdıra bilərik.

Hər hansı ərazimizin düşmən əlində qalması ilə nəticələnəcək danışıqların tamamilə əleyhinəyəm. Bu baş verərsə, o ağır missiyanı uşaqların öhdəsinə buraxmış olarıq.

Hətta bir qarış torpağımızı belə düşmən əlində saxlasaq, o, bir müddətdən sonra yenə üstümüzə gələcək. Ona görə də ərazilərimizi tamamilə işğaldan azad etməliyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600