Növbəti depozit hərracı keçirildi

media-hightechnic-468x90

Avqustun 8-də Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Yenicag.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7.00 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa