!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti günlərdə hava necə olacaq? - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək: “Bakıda şimal qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Rayonlarda da qərb küləyi əsəcək, ayın 21-i arabir güclənəcək”.

Direktor qeyd edib ki, Bakıda 6-9, Mərkəzi Aranda 7-10, dağlıq ərazilərdə 0-5 dərəcə isti olacaq.

COP29

www.yenicag.az

4910
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv