Novruz şənliyi zamanı iğtişaşlar yaşandı

media-hightechnic-468x90

68425Türkiyənin Batman şəhərində yerli sakinlərin Mərkəzİ Pazaryeri məhəlləsində keçirdiyi Novruz şənliyindən sonra iğtişaşlar yaşanıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, maskalı bir qrup gənc ocağı söndürməyə çalışan polisi daş atəşinə tutub, asayış keşikçilərinin üzərinə fişəng və molotov kokteylləri atıb.

Toqquşma zamanı bir polis zabiti başından yaralanıb, atılan daşlar ətrafda olan vətəndaşları da yaralayıb.

Yaralılar Batman Bölgə Dövlət Xəstəxanasına çatdırılıb. Etirazçılardan bəziləri vəziyyətin gərginləşməsindən istifadə edərək, təhlükəsizlik qüvvələrinə məxsus xidməti maşından polis uniformasını oğurlayıb, daha sonra polis avtomabilini daşlayaraq tanınmaz hala salıb. Etirazçıları dağıtmaq üçün polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600