Nümayişçilər prezident sarayına doğru irəliləyirlər

media-hightechnic-468x90

44706Ermənistan paytaxtında minlərlə nümayişçi prezident sarayına doğru yürüş ediblər.

Yenicag.az apa-ya istinadən bildirir ki, günorta saatlarında Nazirlər Kabineti binasının qarşısında toplaşan ticarətçilər baş nazir Ovik Abramyanın onlarla görüş tələbini rədd etməsindən sonra prezident sarayına doğru istiqamət alıblar.

Prezident sarayının qarşısında toplaşanlar “Dövriyyədən vergi haqqında” qanunun ləğvini tələb ediblər.

Aksiyanın iğtişaşa çevrilməsindən narahat olan İrəvan polisinin rəisi Aşot Karapetyan və onun müavini Valeriy Osipyan mitinqə rəhbərlik edən iki şəxslə görüşüblər. Görüşdən sonra həmin şəxslər aksiyanın dinc şəraitdə davam etdirilməsi xahişi ilə etirazçılara müraciət ediblər.

Aksiya iştirakçılarının tələblərinin yerinə yetirilib-yetirilməsi barədə məlumat yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600