Nüvə silahından istifadə REAL TƏHLÜKƏYƏ ÇEVRİLDİ - ŞƏRH

media-hightechnic-468x90

“Qərarların qeyri-sabit və ya fərdi liderlik əsaslarla verilməsi nüvə silahlarının istifadəsini real təhlükəyə çevirə bilər”.

Bu sözləri nüvə silahının ön plana çıxması və bunun yarada biləcəyi təhlükəni Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hazırkı böhranlı vəziyyət təhlükəli həddə çatıb:

“Müasir beynəlxalq münasibətlər sistemində nüvə silahları həm təhlükəsizlik, həm də qorxu amili olaraq mühüm yer tutur. Bu silahlar ilk dəfə 1945-ci ildə Hirosima və Naqasakiyə atıldıqdan sonra dünya siyasətində köklü dəyişikliklərə səbəb oldu. Xüsusilə ABŞ və SSRİ arasında soyuq müharibə dövründə nüvə silahları qarşılıqlı məhv zəmanəti (MAD) prinsipi ilə tarazlıq yaratdı. Bu tarazlıq dünya müharibəsinin qarşısını alsa da, həm də daim artan gərginlik və böhran riski yaratdı.

ABŞ rəsmilərinin “bizdə olan nüvə silahları ilə dünyanı 150 dəfə məhv edə bilərik” fikri, nüvə arsenalının nə qədər dağıdıcı gücə malik olduğunu göstərir. Bu cür bəyanatlar isə sadəcə güc nümayişi deyil, həm də digər dövlətlərə psixoloji təsirdir.

Hazırda Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələr nüvə silahlarına sahibdir. Şimali Koreya kimi rejimlərin bu silahları əldə etməsi isə qlobal sabitliyə daha böyük təhlükə yaradır. Çünki bu tip rejimlərdə qərarların qeyri-sabit və ya fərdi liderlik əsaslarla verilməsi, nüvə silahlarının istifadəsini real təhlükəyə çevirə bilər”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa