Obama hindliləri qəzəbləndirdi-Video

media-hightechnic-468x90

img1732277Dünya jurnalistləri və internet istifadəçiləri ABŞ prezidenti Barak Obamanın Hindistana səfəri zamanı davranışını müzakirə edirlər.

Yenicag.az müsavat-a istinadən bildirir ki , məsələ ondadır ki, təyyarədən düşəndən Hindistan üçün ən mühüm bayram olan Respublika Gününə həsr olunmuş parad boyu Obama fasiləsiz şəkildə saqqız çeynəyib.

Rəsmi tədbirlərdə Ağ Ev başçısının dayanmadan saqqız çeynəməsinin görüntüləyən foto və videolar internet-cameyədə tənqid selinə səbəb olub. Videoyazıların birindən görünür ki, Hindistan prezidenti Narandra Modi Obamaya nə isə izah edir və bu zaman ABŞ prezidenti saqqızı ağzından çıxarır.

İstifadəçilərin əksəriyyətinin qənaətincə, belə davranış diplomatik çərçivədən qırağa çıxır. Bəzi jurnalistlərə görə isə, Obama əsəbiləşir və bu yola sadəcə, öz əsəblərini sakitləşdirməyə çalışır.

Yada salaq ki, bu ilk dəfə deyil ki, Amerika lideri rəsmi tədbirlərdə saqqız çeynəyərkən kameralara tuş gəlir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600