“Obama “soyqırım” ifadəsini işlətməyəcək”
Karnegi Fondunun analitiki Tomas De Vaalın “Böyük qırğın. Ermənilər və türklər soyqırım kölgəsi altında” kitabı hələ də Ermənistanda gündəmi müəyyən edir.
Yenicag.az anspress-ə istinadən bildirir ki, kitabında De Vaal ABŞ prezidentinin 2015-ci ildə ənənəvi çıxışı zamanı “soyqırım” sözünu işlədib – işlətməyəcəyi məsələsinə toxunub. Müəllifin fikrincə, bu, baş verməyəcək.
O, xatırladıb ki, Barak Obama 2008-ci ildə öz seçkiqabağ kampaniyasında ermənilərə “soyqırım”ı tanıyacağını söz vermişdi, amma sonradan bu addımdan çəkindi.
Tomas De Vaal həm də Barak Obamanın 2015-ci il aprelin 24-də “soyqırım”ın 10 illiyinin qeyd edilməsi mərasiminə gəlib – gəlməyəcəyi barədə də ehtimal irəli sürüb. “Düşünmürəm ki, prezident Obama İrəvana gcələcək. Amma hansısa yüksək çinli məmurlardan biri Ermənistana gələ bilər”.