Obamanı boykot etdilər
Merilend ştatında keçirilən qubernator seçkilərində Demokratlar partiyasından olan namizədə dəstək olmaq istəyən prezident Barak Obama baykot edilib.
Obama çıxışına başlar-başlamaz təşviqat mitinqinə qatılan bir çox insan zalı tərk edib.
Səkkiz min insanın iştirak etdiyi zala prezidentin gəlişi isə gözlənilməz olub. İştirakçılardan biri tez-tez prezidentin sözünü kəsərək ona suallar ünvanlayıb.
Yerli mətbuat isə yazır ki, qubernatorluğa namizədin heç də Obamanın dəstəyinə ehtiyacı olmayıb. Belə ki, sorğunun nəticələrinə görə də, o, seçicilər arasında kifayət qədər populyar olub. Artıq Demokratlar partiyasından olan namizədlər reytinqinin getdikcə düşməsi səbəbindən Obamanın təşviqat kampaniyalarında iştirakına ehtiyatla yanaşırlar. (qafqazinfo.az)