Obamanın bu hərəkəti tənqid edildi-Video

media-hightechnic-468x90

65221_res_01ABŞ prezidenti Barak Obama əsgərlərə verdiyi hərbi salama görə tənqid hədəfinə çevirilib.

media-banner_tkm

Obama ABŞ Dəniz Qüvvələrinin heyəti ilə görüşüb. Görüşə helikopterlə gedən Obama əsgərlərə hərbi salam verib. Lakin ABŞ prezidenti hərbi salamı əlində qəhvə fincanı ola-ola verib.

Həmin görüntüləri əks etdirən video Ağ Evin rəsmi instagram səhifəsindən paylaşılıb.

Görüntülər ciddi müzakirələrə səbəb olub. Bu hərəkətinə görə Obamanı tənqid edənlər onu qeyri-ciddi olmaqda günahlandırıb.

Qeyd edək ki, ABŞ prezidenti bir müddət əvvəl – amerikalı jurnalist Ceyms Foulinin İŞİD üzvləri tərəfindən başının kəsildiyi günlərdə qolf oynaması ilə gündəmə gələrək tənqid edilmişdi. Obama o zaman da indi olduğu kimi kəskin tənqid hədəfinə çevrilmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05