Öcalan haqqında tarixi qərar verilə bilər

media-hightechnic-468x90

img1747647Türkiyə hökuməti ilə PKK lideri Abdullah Öcalanın davam etdirdiyi “Həll prosesi” sona yaxınlaşır.

Yenicag.az anspress-ə istinadən bildirri ki, tarixi addımın atılması gözlənilir və görüşlər daha sıx baş tutur. İctimai fəaliyyətdə olan hər kəs bir-birinə nə baş verdiyini soruşur.

“Yeni Şafak” qəzetinin yazarı Əbdülqədir Selvi köşə yazısında bu məsələni analiz edib. Selvi yazır: “Həll prosesi ilə bağlı mühüm bir nöqtəyə gəlmişik. Kimin prosesin həllini istədiyini, kimin prosesə mane olduğunu anlamaq üçün ibrət verici hadisələr baş verir. PKK silahlarını yerə qoymağa razı deyil. Öcalanın azadlığa buraxılmasına rəğmən. Hökumətlə Öcalan arasındakı danışıqları həyata keçirən heyət PKK liderinin mesajlarını içtimaiyətə çatdırır. Ankarada açıqlama veriləcək olan məkan xüsusi hazırlanır, lakin PKK silahlıları mesajı boykot edir”.

Yazar qeyd edir ki, PKK silahlılarının Öcalanın çağırışlarına qarşı müqavimət göstərməsi düzgün analiz edilməlidir və silahı əlində tutan PKK silahlılarıdır:

“Öcalanın silahı yerə qoyma çağırışına mane olan PKK silahlıları Öcalanı söz sahibi olmayan liderə çevirir. PKK silahlıları həmçinin HDP-nin (siyasi qanadın) güclənməsini istəmir. Çünki Siyasi qanad güclənsə silahlı qanadın qarşısına keçə bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600