Od tutub alışan TƏHSİL HAQLARI – Universitetlər niyə tələbənin puluna MÖHTAC QALDILAR?

media-hightechnic-468x90

“Nə qədər ki, bizim universitetlərimizin əlavə qazancı olmayacaq, biz təhsil qiymətlərinin artmasının şahidi olacağıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

media-elminnuri1

Ekspert ildən-ilə artan təhsil ödənişlərinin əsas səbəbini təhsil ocaqlarının gəlir əldə edə bilməməsində görüb:

“Nə qədər ki, bizim universitetlərimiz öz xərclərini yalnız və yalnız ödənişlidə oxuyan tələbələrin hesabına qarşılayacaqlarsa, onların elmi-tədqiqat müəssisəsi kimi əlavə qazancları olmayacaqsa, biz hələ təhsil xərclərinin artırılma faktlarının çox şahidi olacağıq. Dünyada bəs necədir?”

E. Nuri dünya universitetləri ilə Azərbaycan universitetlərini müqayisə edərək fərqi diqqətə çatdırıb:

“Dünyada elə universitetlər var ki, onların milyardlarla büdcəsi var. Çünki onların elm-sənaye və elm-biznes ikilisindən çox güclü istifadə edir. Həmin universitetlərin bazasındakı laboratoriyalar fəaliyyətdədir, əmək bazarı ilə çox sıx işləyirlər, müəyyən təkliflər hazırlayıb məhsullar təqdim edirlər və çox yaxşı maliyyə əldə edirlər. Həmin maliyyə universitetin ümumi xərclərinə hesablanır. Bizdə isə universitetdə xərc adına nə varsa, hamısı ödənişli təhsil alan tələbələrin təhsil haqqı hesabına baş verir. Professor-müəllim və texniki heyətin əmək haqqı, universitetin saxlanılması üçün müəyyən vəsaitlər, kommunal xərclər və s. – bütün bu xərclər təhsil haqqı hesabına qarşılanır. Bundan əlavə də bəzi pərdəarxası görünməyən xərclər var”.

Ekspert sonda onu da bildirib ki, universitetlərimizin əksəriyyəti illik gəlir qazanmır:

“Hazırda universitetlərimizin bir neçəsini çıxmaq şərti ilə çoxu gəlir qazanmır. Onlar öz məhsullarını əmək bazarına təqdim edə bilmirlər. Universitetlərimizin gəliri yoxdur, amma orada çalışan müəllimlərin, texniki heyətin, xadimənin belə maaşı artmalıdır. Bütün bunlardan əziyyət çəkənlər isə ödənişli əsaslarla təhsil alan tələbələr olur”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600