“Türkiyəyə gedib bir həftə istirahət edib qayıtmaq 2 min manata yaxın pul tutur”.
Bu sözləri “Yayda xarici ölkələrdə, yaxud da Azərbaycanın bölgələrində istirahət üçün qiymətlər qaneedicidirmi?” sualını cavablandırarkən tanınmış prodüser və aparıcı Tarix Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Prodüser qiymətlərin həddən artıq baha olduğunu bildirib:
“İlboyu təyyarə biletlərinin qiyməti baha olur. “Buta”nı bilirik. Amma “Buta”da da biletlər elə tez qurtarır ki, heç kim bunu hiss edə bilmir. Bir vətəndaşın xarici ölkəyə gedib dincəlib qayıtması xeyli məsrəf tələb edir. Uzağa getməyək, elə qardaş Türkiyəyə gedib bir həftə istirahət edib qayıtmaq 2 min manata yaxın pul tutur. Bunun 700-800 manatı bilet puludur. Hansısa oteldə qalmağı və yemək xərclərini də buna əlavə etsək, qiymətlər çox bahadır. Yay fəslinin gəlməsi bilet və otel qiymətlərini daha da artırıb. Elə Azərbaycanın da bölgələrində otellərin qiyməti çox bahadır. Otellərdə bir gün qalmaq 100 manatdan başlayır. Onlar da yalnız səhər yeməyi verir, o da bəzi 4 ulduzlu otellər… Nə deyim, qiymətlər çox bahadır hər kəsin büdcəsinə uyğun deyil”.
Cəvahir
www.yenicag.az