Ödəniş daxilolmaları: Bu sektorun üstünlüyü davam edib

media-hightechnic-468x90

2023-cü ilin birinci rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 24.3 faiz təşkil etməklə 4 milyard 668.6 milyon manat, qeyri-ticari sektorda isə 75.7 faiz təşkil etməklə 14 milyard 578.7 milyon manat olub. Artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 60.8 faiz, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 39.2 faiz təşkil edib. Bütövlükdə, ötən ilin dördüncü rübü ilə müqayisədə cari ilin birinci rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksinin artım dinamikasında səngimə, qeyri-ticari sektor üzrə isə artım müşahidə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600