Ödənişsiz internetlə təmin ediləcəklər
Facebook və Avanti telekommunikasiya şirkətinin Afrikada reallaşdırmaq istədiyi layihə adıçəkilən qitə əhalisini ödənişsiz internetlə təmin edəcək.
Hər iki şirkətin nümayəndələri bu informasiyanı şərh etməkdən imtina ediblər. Məlumdur ki, Avanti telekommunikasiya şirkətinin Afrika üzərində iki rabitə peyki var. Ən yaxın vaxtlarda daha iki belə aparat buraxmağı planlaşdırır.
Nəşr yaxın mənbələrə istinadən yazıb ki, yaxın vaxtlarda razılıq əldə olunacaq. Mark Zukerberq üçüncü dünya ölkələrinin internetlə təmini ehtiyacı haqda dəfələrlə danışıb.
(news.milli.az)