Oğlunu vəhşicəsinə döyərək öldürdü

media-hightechnic-468x90

74772Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət baş verib.

Zibil daşıyan işləyən 37 yaşlı Oğuz Köklü oğlunu vəhşicəsinə döyərək öldürüb. 5 övlad sahibi olan Oğuz K. 3 yaşlı İzzət Köklünü vəhşicəsinə öldürdükdən sonra meyitini folqaya bükərək gizlədib. Daha sonra meyiti Bursaya apararaq torpaqda gizlədib.

Hadisədən sonra ailə İstanbuldan Bursaya köçüb. Lakin Oğuz Köklünün arvadı ərinin cinayətilə barışa bilməyib. Oğuz Köklü evdə olmayan vaxtda polisə zəng vuraraq olanları bildirib.

Polis nəzarətinə götürülən Oğuz Köklü dindirilmə zamanı əməlini etiraf edib. Meyiti basdırdığı yeri göstərib. Polisə bildirib ki, uşaq əsəbi vaxtında sözündən çıxıb. Dəcəllik etdiyi üçün övladını tənbeh etsə də, İzzət onun tapşırıqlarına məhəl qoymayıb. Bundan əsəbləşən ata oğlunu qətlə yetirib.

Hazırda qatil ata məhkəmənin qərarını gözləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600