Oğlunun qatilini edamdan qurtardı-Fotolar
İranda bir məhbusun edamı zamanı insanları şoka salacaq hadisə baş verib.
7 il əvvəl bıçaqlayaraq öldürülən Abdullah Hüseynzadənin anası oğlunun qatilini edamdan bir neçə dəqiqə əvvəl bağışlayıb.
Mazandaran əyalətinin Royan qəsəbəsində baş tutan edam səhnəsi zamanı hər iki tərəfin ailəsi meydana toplanıb.
Qaydalara görə, edam cəzası alan məhbusun gözləri bağlanaraq, boynuna ip keçirilib. Ancaq son anda mərhumun anası kütlənin arasından çıxaraq oğlunun qatilini əfv edib.
Əvəzində isə məhkuma bir şillə vurub(axar.az).