Oğuzda avtomobil ağaca çırpılıb

media-hightechnic-468x90

ssssOğuzda baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

Bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası bu gün saat 04: 00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

1988-ci il təvəllüdlü Lerik rayon sakini Emil Eftixar oğlu Baxşıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Emil Baxşıyev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Emil Baxşıyevin vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600