!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öldüyü deyilən İŞİD lideri üzə çıxdı: "Xəbərdaram"

!Reklam – Yazi

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır.

Yenicag.az xəbər verir ki, Suriyada gizləndiyi iddia olunan Əl-Bağdadi öz tərəfdarlarına müraciət ünvanlayıb. O, çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu söyləyib. Sözügedən şəxs həmçinin Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan, Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb.

Xatırladaq ki, Əl-Bağdadinin bundan əvvəlki audioyazısı ötən ilin noyabrında yayılmışdı.

Onu da qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib. Lakin sonradan məlumat təsdiqini tapmayıb. Ümumiyyətlə, onun ölümü barədə xəbərlər bir neçə dəfə yayılsa da, təsdiqlənməyib.

www.yenicag.az

1052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv