!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölən xəstənin pulunu oğurlayan həkim HƏBS EDİLDİ - FOTO

!Reklam – Yazi

Türkiyənin Diyarbəkir şəhərində həkim ölən xəstənin pulunu oğurlayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə avqustun 8-də şəhərin Bağlar rayonundakı özəl xəstəxanaların birində baş verib.

Veysi Qaya

Küçə davasında yaralanan Veysi Qaya xəstəxanaya gətirildikdən sonra vəfat edib. Polis cəsədin üzərindəki əşyaları xüsusi paketə sararaq masanın üzərinə qoyub. Qarışıqlıqdan istifadə edən həkim həmin pulları masanın üzərindən götürüb.

Daha sonra pulu tapa bilməyən polis xəstəxanadakı müşahidə kameralarını izləyib. Kameradan pulu xəstəxananın gecə direktoru M.B.-nin götürdüyü aydınlaşdırılıb.

Həkimin evində axtarış aparan polis əməkdaşları Veysi Qayanın üzərindən çıxan pulları tapıb.

Növbətçi məhkəməyə çıxarılan həkim həbs edilib.

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv