Ölənlərin adları açıqlanıb

media-hightechnic-468x90

Herbi mashin qezasi 110212 (1)Bakıda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı-Salyan yolunda baş verən qəzada Yasəmən Talıb qızı Sadıqova və Altay Elman oğlu Sadıqov ölüb.

Qəza nəticəsində xəsarət alan avtomobilin sürücüsü Yasin Çərkəz oğlu Cabbarov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Baş verən yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “Daewoo” markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb. Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600