!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi

!Reklam – Yazi

Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.

Yenicag.az xəbər verir ki, “Report”a açıqlamasında М.Maqomedov bildirib ki, Azərbaycan Prezidentinin verdiyi orden çox dəyərlidir.

“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının Prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyim müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm”, – deyə Olimpiya mükafatçısı bildirib.

Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.

Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv