!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Olimpiya oyunlarında utancverici hadisələr: “Fransa növbəti dəfə biabır oldu”

!Reklam – Yazi

“Paris Olimpiadasının açılış mərasimində İsa peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın paytaxtı Parisdə keçririlən Olimpiya oyunları haqda fikirlərini bölüşən VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, bu gün bütün dünya Fransada Olimpiya oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir:
“Fransanın sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq bütün dünyada hiddət doğurdu. Artıq dəfələrlə Fransanın İslama və müsəlmanlara qarşı dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılmış, Məhəmməd peyğəmbərin karikaturası çəkilib, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar atılıb. Lakin bu dəfə dünya Fransanın təkcə İslama və müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu. Bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək, Olimpiyadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir. Dünya dinləri Fransanın utancverici əməllərinə seyirçi qalmamalıdır”.

C.Məmmədov qeyd edib ki, bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur:

“Təəssüf ki, Fransa eyni münasibəti Azərbaycana qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi. Görün, dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqların pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı, Fransa güzgüdə özünə baxsın. Hansı günə qaldığını görsün. Paris Olimpiadasının açılış mərasimində İsa peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur. Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər”.

C.Məmmədov əlavə edib ki, bu gün dünya gündəmi Fransanın bu cür utancverici addımlarını və hadisələrini müzakirə edir:

“Qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi, bu dəfə də Fransanın növbəti dəfə biabır olduğunun şahidi olduq. Davamlı olaraq dünya gündəmi Fransanın bu cür utancverici addımlarını və hadisələrini müzakirə edir. Əvvəlki dövrdə də onlar İslamı təhqir etmişdilər, hörmətsiz mübasibət bəsləmişdilər. Ümumiyyətlə oyunların keçririlməsindəki şəraitlə, yeməklə, yataqla bağlı hər gün qalmaqalları biz görürük. Eyni zamanda qadın olmayan birinin boks rinqində qadınla üz-üzə gəlməsi də ayrıca biabırçılıq mövzusudur. Bu gün bölgəmizə təsir göstərmək istəyən, bölgəmizi qarışdırmaq istəyən Fransa çox ağır durumdadır. Belə desək bu gün onun başı öz-özünə qarışıb. Yaxşı olar ki, Fransa Azərbaycanı günahlandırmaq, ölkəmiz ilə bağlı addımlar atmaq əvəzinə, özündə olan problemləri həll etsin və dünyanın müzakirə mövzusuna çevirdiyi məsələlərin həlli üçün real addım atsın”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv