!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkə.Az-ın adından yayılan məlumat yalandır - Bəyanat

!Reklam – Yazi

Xaricdə yaşayan vətən xaini Məhəmməd Mirzəli adlı şəxs özünün şər-böhtan paylaşımları ilə “zəngin” olan səhifəsində Ölkə.Az saytının adından jurnalist Mir Şahin Ağayev haqda uydurma xəbər paylaşıb. Hətta bir az da irəli gedərək guya saytda xəbər dərc olunduqdan sonra silindiyini qeyd edib. Bu vətən xaini özündən link uydurmağı da unutmayıb.

Ölkə.Az olaraq bildiririk ki, şübhəsiz ki, saytda belə bir xəbər dərc edilməyib. Görünür, məlum şəxs özü kimi vətən xainləri ilə mübarizəni həzm edə bilməyib və həmişə olduğu kimi xarakterinə uyğun olaraq böhtan və şər yolunu seçib.

 

Jurnalist Mir Şahin Ağayev dövlətçilik naminə belə qaragüruh və satqınların qarşısını aldığı üçün bu cür xainlərin hədəfinə çevrilməsi təəccüblü deyil. Onun fəaliyyəti əlbəttə ki, vətən xainlərini narahat etməyə bilməz.

Qeyd etmək lazımdır ki, Ölkə.Az daim jurnalistika etikası çərçivəsində bu müqəddəs peşənin prinsiplərinə söykənərək fəaliyyət göstərməkdədir. Eyni zamanda bu və ya digər dezinformasiya xarakterli informasiyaların qarşısında sipər olmaqdadır.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv