Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a bildirilib ki, iyulun 16-na olan operativ məlumata görə, ölkə ərazisində 975462 hektar ərazidə taxıl biçini aparılıb, 337766 hektar ərazidə arpa, 637696 hektar ərazidə buğda biçini başa çatıb. Bu günədək cəmi taxıl sahələrinin 96,5%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3086495 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.
Abşeron, Ağdam, Ağdaş, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay və Neftçalada taxıl biçini başa çatıb. Ağsu, Xaçmaz, Qəbələ, Oğuz və Şəki rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir. Şəki ərazisində arpa əkilmiş 21655 hektar sahə artıq biçilib, buğda əkilmiş 46094 hektar sahənin 45696 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha, buğda üzrə məhsuldarlıq 35,1 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin isə 18226 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,7 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.
www.yenicag.az