!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə fövqəladə hal elan olunmasına hələ ehtiyac yoxdur” – Alxan Xələfov

!Reklam – Yazi

“Hər hansı beynəlxalq öhdəliyin yerinə yetirilməməsi Azərbaycan üçün yeni problem deməkdir”.

Ölkədə koronavirus pandemiyası ilə mübarizədə atılan addımlar getdikcə sərtləşdirilir. Artıq aprelin 5-dən etibarən, xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyəti daha da artırılır. Yeni qərarla əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyati əhəmiyyətli obyektlərin fasiləsiz işi, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək nəzərdə tutulur. Bununla belə, hökumətin məhdudlaşdırıcı qaydaları sərtləşdirməsi fonunda ölkədə birdəfəlik fövqəladə hal elan olunması haqda fikirləri daha da intensivləşdirib.

Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov Yenicag.az-a açıqlamasında ölkədə fövqəladə halın elan olunmasının mümkün nəticələrini dəyərləndirib.

Alxan Xələfovun sözlərinə görə, əgər Azərbaycanda fövqəladə hal elan olunarsa, bundan ən böyük zərbəni banklar və real iqtisadiyyat alacaq:

“Fövqəladə hal tətbiq olunarsa, ölkə daxilində vergi və kommunal ödənişlər müəyyən müddətə qədər tamamilə dayandırıla bilər. Əlbəttə, vətəndaşın evdən çıxmaması fonunda dövlət lazım olarsa, insanlarımızın bütün ehtiyaclarını öz üzərinə götürəcək.

Bankların ziyana uğraması isə ölkə daxilində əlavə problemlərin yaranması ilə nəticələnəcək. Eyni zamanda, Dünya Bankı və beynəlxalq kredit təşkilatları ilə bağlanmış müqavilələrə təkrar baxılması lazım gələcək.

Hətta ölkəmizdə dövlətin zəmanəti əsasında xarici layihələrdə çalışan şirkətlərimizin fəaliyyətinə təkrar baxılmasına ehtiyac duyulacaq. Hər hansı beynəlxalq öhdəliyin yerinə yetirilməməsi yeni problem deməkdir.

Hazırda ölkəmizdə koronavirusun yaratdığı problemlər öncədən analiz edilib və bütün zəruri iqtisadi addımlar atılıb”.

Gülşən Şərif

www.yenicag.az

1343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv