!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

!Reklam – Yazi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 infeksiyasından ölüm halı baş verməyib.

Azərbaycanda indiyədək ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, 9 825 nəfər vəfat edib, aktiv xəstə sayı 3 375 nəfərdir.

Ölkədə son sutka ərzində 2 001, hazırkı dövrədək isə 7 172 037 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci, ikinci mərhələlər üzrə vaksinasiya olunan olmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 865 343, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 374 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 804, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 366 977, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 658 nəfər təşkil edir.

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv