”Ölkədə yem istehsalı yoxdur”

media-hightechnic-468x90

ıııplo“Azərbaycanda heyvandarlıq sahəsində ən böyük problem yemin məhdud olmasıdır. Ölkədə yem istehsalı yoxdur. Hər şərti heyvana tələb olunan yemin ancaq 30%-i ödənilir”.

Bunu  Kənd Təsərrüfatı Nazirliyində heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin sabiq müdiri, heyvandarlıq sahəsi üzrə mütəxəssis Çingiz Fərəcov bildirib.

Mütəxəssis hesab edir ki, ölkədə mal-qaranın cins tərkibi yaxşılaşdırılmalıdır. Bu baş verməyənə qədər ət və süd istehsalı da aşağı olacaq: “Ona görə də bu sahənin inkişafı üçün ilk növbədə yem istehsalı artırılmalıdır. Yem olmadıqda, heyvandarlıq məhsullarının istehsalında məhdudiyyətlər ortaya çıxacaq” .

Ç.Fərəcov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti qarşısında xaşa, raps, soya, siloslu qarğıdalı, siloslu günəbaxan, perqo kimi bitkilərin əkini üçün sahibkarlara subsidiya verilməsi ilə bağlı məsələ qaldırıb: “Bu bitkilər heyvandarlığın inkişafı üçün çox lazımdır, lakin onlar ölkədə əkilmir. Respublikada mal-qara ancaq ot və küləş hesabına saxlanılır. Heyvanlara çox az miqdarda qüvvəli yem verilir”, – deyə Ç.Fərəcov bildirib(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600