Ölkədən çıxışına “stop” qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat – Borc daha çoxdu

media-hightechnic-468x90

Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyulması barədə məlumat vermişdik. 

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rahim Hüseynovun qanuni təmsilçisi olduğu Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu olduğuna görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova da borc ödənilədək Rahim Hüseynovun ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnamə çıxarıb.

Əldə etdiyimiz yeni məlumatlarda isə deyilir ki, Təfəkkür Universitetinin dövlətə borcu 24 415,41 manatla məhdudlaşmır. Universitetinin Dövlət Sosial Müdafiə Fonduna 345 271,08 manat, işsizlikdən sığorta fonduna 1 862,63 manat, İcbari Tibbi Sığorta Fonduna isə olan 4 739,46 manat borcu var.

Beləliklə, aydın olur ki, universitetin ümumilikdə dövlətə 376 288,58 manat borcu var.

Təfəkkür Universiteti 21 oktyabr 1998-ci ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 470 808,4 manat olub.

Rahim Hüseynov bu universitetinin təsisçilərindən biridir. O, “Təfəkkür”də prorektor vəzifəsində çalışıb. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.

2023-cü ildə Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev həbs edilib. Universitetin təsisçilərindən olan Tariyel Əhmədovun qətlinin sifariş etməkdə təqsirləndirilən Müşfiq Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600