!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkənin bank sektorunda YENİ DÜZƏN: “Bu səlahiyyətlərin Mərkəzi Banka verilməsi...” - VİDEO

!Reklam – Yazi

Ötən gün prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edilib və bundan sonra bütün maliyyə sektoru vahid tənzimləyici orqan olan Mərkəzi Bank tərəfindən idarə ediləcək.

Bu qərar iqtisadi islahatların intensivləşməsindən və qəbul edilən qərarların monitorinq mexanizmlərini xeyli sadələşdirilməsindən xəbər verir.

1992-ci ildə yaradılmış Azərbaycan Respublikasının Milli Bankı, yəni indiki Mərkəzi Bankın əsas hədəfləri pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarətdir.

Mərkəzi Bank ölkənin əsas maliyyə qurumu olaraq, bank sektorunun vəziyyətinə əsaslanan uçot dərəcəsi, inflyasiya komponenti və sair baxımından makroiqtisadi tənzimləmə təcrübəsinə malikdir.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov və sabiq maliyyə naziri Fikrət Yusifov Yenicag.az-a açıqlamalarında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv olunmasına və Mərkəzi Bankın səlahiyyətlərinin artırılmasına münasibət bildiriblər.

Mövzuya həsr olunmuş videomaterialı təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

1641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv