Oturaq həyat tərzi yeniyetmələrdə ürəyin böyüməsinə səbəb olur.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şərqi Finlandiya Universitetinin alimləri araşdırma aparıb.
Araşdırmanın nəticəsində ürəyin böyüməsinin gənclər arasında geniş yayılmış oturaq həyat tərzi ilə əlaqəli mənfi yan təsir olduğu üzə çıxarılıb.
530 yeniyetmə arasında aparılan tədqiqatda oturaq həyat tərzinin, yüngül, orta və güclü fiziki fəaliyyətin ürəyin strukturuna və fəaliyyətinə təsiri araşdırılıb. Nəticədə hətta minimal aktivlik fəaliyyəti göstərən yeniyetmələrdə hərəkətsizlərə nisbətən 3 dəfə az ürək böyüməsi müşahidə edilib.
Məlumdur ki, böyüklərdə ürək kütləsinin artması ürək-damar xəstəlikləri və ölüm riskini 7-20 faiz artırır.
Qeyd edək ki, minimal fiziki fəaliyyət yeniyetmələrin sağlamlığına müsbət təsir göstərə və gələcəkdə ürək-damar xəstəliklərinə tutulma riskini azalda bilər.
www.yenicag.az