“Vaxtı keçmiş dərmanların qutuları dəyişdirilərək müxtəlif yerlərə verilməsi məsələsi istisna deyil”.
Sosial şəbəkələrdə apteklərdə vaxtı keçmiş də dərmanların xəstəxanalara paylanılması və yenidən istifadəsi ilə bağlı müxtəlif məlumatlar paylaşılıb ki, bu da insanların narahatlığına səbəb olur.
Mövzu ilə bağlı Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə halların yaşandığını təəssüf hissi ilə bildirib:
“Bu sahədə qeyri-şəffaflıq var. Bunun da əsasında istehlakçı siyasətinin zəif olması dayanır. İnsanlar dərman alanda diqqətli olmalıdırlar. Onlayn şəkildə dərman almayın”.
Ekspert vəziyyətdən çıxış üçün yerli dərman istehsalının gücləndirilməsini məsləhət görüb.
Videonu təqdim edirik:
Cəvahir
www.yenicag.az