“Ölümündən əvvəl həkimə deyibmiş ki...” – Ramal GÖZYAŞI TÖKDÜ
“Çox peşmanam ki, kaş onun son sözünü dinləyəydim, içimdə qalıb, görəsən, mənə nə deyəcəkdi…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Gün ortası” verilişində deyib.
O, ölümündən 3 gün əvvəl atası ilə son görüşdən danışaraq göz yaşlarına hakim ola bilməyib:
“Ölümündən 3 gün əvvəl atam mənə dedi ki, sənə bir söz demək istəyirəm. Dedi, atam da, babam da öz ölümünü hiss etmişdi, sən də elə həssassan… Sözünü axıra çatdırmağa imkan vermədim, dedim, bəsdir də, ata, belə şeylər danışma…
Çox peşmanam ki, kaş onu dinləyəydim, içimdə qalıb, görəsən. atam mənə nə deyəcəkdi? Sonra çıxdım getdim evimə. Gecə zəng gəldi ki, halı pisdir, onu xəstəxanaya apardılar. Durub xəstəxanaya yanına getmək istədim, amma alınmadı. Mənə deyəcəkləri var idi, amma qismət olmadı onunla görüşmək, son sözünü eşitmək. Xəstəxanada həkimə deyibmiş ki, Ramalın mahnısını qoy, dinləyim. Məni gözləyirmiş”.
Nehru