Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"... onda gərək məni də köməkçimlə əvəzləsinlər" - Qurban Qurbanov  

Reklam: High Technic

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin son ev matçında “Çelsi”ni qəbul edəcək.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransına qatılan ağdamlıların baş məşqçisi Qurban Qurbanov vacib matç öncəsi fikirlərini açıqlayıb.

“Ağır oyuna hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq”

– Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?

– Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

– Qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edəcəksiniz? Əksəriyyəti yaşlıdır.

– Yaşa baxmıram. Mənim hər bir yaşlı oyunçum digərlərinə nümunədir. Hazırda yalnız sabahkı oyun barədə düşünürük.

– İbrahim Şehiçə güvənməkdə davam edəcəksiniz?

– Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır.

– Komandanın 2 xal toplaması və Avropa Liqasına yollanmaq imkanı komandaya əlavə təzyiq yaratmır ki?

– Təzyiq həmişə olur. Bu, bir nömrəli turnirdir. Azarkeşlər daha yaxşı nəticə gözləyilər. Təzyiq həmişə olur, normaldır. Lakin vəziyyəti də düzgün qiymətləndirməliyik. Biz “Çelsi”yə qarşı oynayırıq. Konte də deyib ki, bu görüş onlar üçün mövsümün ən önəmli oyunudur. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Bu komandanın nöqsanını görə bilmərsiz. Meydanda düşünülmüş şəkildə hərəkət edirlər. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişiklilərə əl atır. Biz üçüncü yer haqda yox, məğlub olsaq, belə azarkeşlərimizin razı getməsi barədə düşünürəm.

– Futbolçuların ilk oyundakı 0:6 hesablı məğlubiyyəti nəzərə alsaq, bu, qarşıdakı matçda futbolçularınızda həyəcan yaratmayacaq ki?

– Futbol indi elə bir səviyyəyə gəlib çıxıb ki, “Çelsi” təkcə bizə yox, digər komandalara da böyük hesabla qalib gəliblər. Həyəcan dedikdə, təkcə Şehiçdə yox, hamımızda var idi. İbrahim təcrübəli futbolçudur. 0:6 uduzmuşuqsa, onda gərək məni də köməkçimlə əvəzləsinlər. Diqqətimizi sabahkı oyuna yönəltməliyik.

www.yenicag.az

2251
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM