“”Mastercard” şirkəti Azərbaycanda bütün əməliyyatların etibarlılığını təmin etmək üçün lazımi addımları atır”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Mastercard”ın Azərbaycandakı fəaliyyətinə münasibət bildirən “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal jurnalistlərə açıqlamasında deyib.
O, vurğulayıb ki, şirkət vətəndaşlara etibarlı xidmət göstərmək və insanların etimadını qorumaq üçün mühüm addımlar atmaqda davam edir:
“”Mastercard” şirkəti onlayn ödənişlərdə təhlükəsizlik xidmətlərinin təşkili ilə bağlı mühüm addımlar atıb. Nəticədə həyata keçirilən əməliyyatın şəxsin özü, yoxsa başqası tərəfindən həyata keçirildiyini müəyyənləşdirmək mümkündür. Təhlükəsizlik dünyada trend olan bir məsələdir və bir çox şirkətlər təhlükəsizliyin təminatı üçün yatırım edirlər. “Mastercard” şirkəti də Azərbaycanda bütün əməliyyatların etibarlılığını təmin etmək üçün lazımi addımları atır. Bu məsələ xüsusilə önəm verdiyimiz bir məsələdir”.
Gülşən Şərif
www.yenicag.az