“Onsuz da səndən pul çıxan deyil” – Zaur hansı məşhuru PƏRT ETDİ?

Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Elnarə Abdullayevaya atmaca atıb.

Yenicag.az xəbər verir ki, onun verilişində qonaq olan Elnarə gözündə problemlər olduğunu bildirib. Zaur ona həkimə aparmağı təklif edib:

“Gəl səni həkimə aparım, pulsuz-parasız, bir manat da verməyəcəksən. Onsuz da səndən pul çıxan deyil”.

Zaurun atmacası bununla bitməyib. O, “həyat yoldaşımın da görməsində problemlər var”, – deyən Elnarəni yenə də “iynələyib”:

“Sənin həyat yodaşının gözü 20 il əvvəl tutulub, indi yox. O vaxta qədər normal görürdü”.

Sənətçi pərtliyini Zaura “yaman dedin ha” deməklə ört-basdır etməyə çalışıb.

Nehru